Polis tərəfindən saxlanılan jurnalist Şahnaz Bəylərqızına ittiham irəli sürülüb.
Lent.az xəbər verir ki, şübhəli şəxs qismində saxlanılan jurnalistə qarşı Cinayət Məcəlləsinin qaçaqmalçılıq maddəsi ilə ittiham irəli sürülüb.
Sabah onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair istintaq orqanının təqdimatına baxılacaq.
***
saat 18:15
Jurnalist Şahnaz Bəylərqızı saxlanılıb.
Lent.az xəbər verir ki, Şahnaz Hüseynova istintaq zərurəti ilə əlaqədar saxlanılıb.
Araşdırma aparılır.
Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a təsdiqləyiblər.