Sahibsiz it Kəlbəcər sakinini PARÇALADI
23 sentyabr 2021 20:31 (UTC +04:00)

Sahibsiz it Kəlbəcər sakinini PARÇALADI

Mingəçevirdə məcburi köçkünlərin bir qisminin müvəqqəti məskunlaşdığı Dəmir-beton məmulatları zavodunun ərazisində 62 yaşlı kişi sahibsiz itin hücumuna məruz qalıb.

APA_nın Mingəçevir bürosunun məlumatına görə, sahibsiz it 1959-cu il təvəllüdlü Kəlbəcər rayon sakini Bəşirov İslam Bəşir oğluna ağır xəsarətlər yetirib.

İ.Bəşirov hər iki qollarından, ayaq, diz və topuq nahiyələrinin çoxsaylı kəsilmiş yaralarla xəstəxanaya çatdırılıb.

Yaralıya ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

# 2229
avatar

Oxşar yazılar