Şagirdi döyən təhsil idarəsinin müdiri İSTEFA VERDİ
28 noyabr 2023 10:44 (UTC +04:00)

Şagirdi döyən təhsil idarəsinin müdiri İSTEFA VERDİ

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev işdən çıxıb.

Lent.az xəbər verir ki, bu barədə Rüfət Hacıyev öz sosial şəbəkə hesabında paylaşım edib. 

O, bu gündən vəzifəsindən ayrıldığını elan edib.

Xatırladaq ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Rüfət Hacıyev 9-cu sinif şagirdini döyüb. Hadisə Xaçmaz şəhər 4 saylı tam orta məktəbdə yaşanıb.

Təhsil ocağına yoxlamaya gələn Rüfət Hacıyev həmin məktəbin şagirdi 2007-ci il təvəllüdlü Mirzəyev Nizam Ramiz oğlunu döyüb. Məsələ ilə bağlı şagirdin valideynləri polisə məlumat verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7203
avatar

Fidan İlqar

Oxşar yazılar