Şagird balta ilə məktəbə hücum etdi
16 fevral 2024 12:27 (UTC +04:00)

Şagird balta ilə məktəbə hücum etdi

0

Rusiyanın Buryatiya vilayətində səkkizinci sinif şagirdi balta ilə məktəbin girişində saxlanılıb. O, orta məktəb şagirdinə hücum etməyi planlaşdırıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 14 yaşlı Solbon fevralın 15-də günorta saatlarında Mixaylovka kəndindəki məktəbə balta ilə gəlib. Onun məqsədi 9-cu sinif şagirdini vurmaq olub.

Ancaq mühafizəçi məktəblinin əlində tutduğu baltanı ala bilib. Bu zaman şagird bir qədər müqavimət göstərib.

Daha sonra mühafizəçi polis çağırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4542

Oxşar yazılar