Şabranda yük maşını körpüdən qatar yoluna aşdı, 2 nəfər öldü  - YENİLƏNİB
29 avqust 2024 09:33 (UTC +04:00)

Şabranda yük maşını körpüdən qatar yoluna aşdı, 2 nəfər öldü - YENİLƏNİB

Bakı-Quba yolunda yük avtomobili körpüdən aşaraq, qatar yoluna düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.

"DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb. Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***
09:11

Bu gün saat 4:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.

“Azərbaycan Dəmir Yolları” QSC-dən Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.

Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.

İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.

Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həyatını itirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2061
avatar

Oxşar yazılar