Sabirabadda sirkə turşusundan zəhərlənən qadın xəstəxanada ölüb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Sabirabad rayonunun Güdəcühür kəndində məskunlaşan Cəbrayıl rayonunun Şahvəlli kənd sakini, 67 yaşlı Əhmədova Pəkuzə Məhəmməd qızı 2 gün əvvəl 72 faizli sirkə turşusundan zəhərlənib. O, mədənin və qida borusunun kimyəvi yanıq diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq, vəfat edib.