Sabirabadda avtomobili aşıran sürücü <span class="red_color" > ağır yaralandı   - FOTO
26 sentyabr 2022 00:40 (UTC +04:00)

Sabirabadda avtomobili aşıran sürücü ağır yaralandı - FOTO

Sababiradda baş verən qəzada sürücü ağır yaralanıb.

Lent.az APA-nın Mil-Muğan bürosuna istinadən xəbər verir ki, hadisə Hacıqabul-Horadiz magistralının Sabirabad rayonunun Şəhriyar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sabirabad rayonunun Nərimankənd kənd sakini, 1973-cü il təvəllüdlü Cəfərov Ağabala Bəybala oğlu idarə etdiyi “Naz Lifan” markalı avtomobili sərt döngədə aşırıb.

Nəticədə sürücü ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

# 1884
avatar

Oxşar yazılar