Sosial şəbəkələrdə Sabirabad rayon sakini B.Abbasovun övladına qarşı qeyri-etik hərəkətlər edilməsi və məsələnin obyektiv araşdırılmaması bərədə məlumat paylaşılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Sabirabad rayonunun Əliləmbəyli kənd sakini A.Abbasova 2021-ci ilin avqust ayının 22-də Rayon Polis Şöbəsinə müraciət edərək 3 həmkəndlisi tərəfindən övladına qarşı qeyri-etik hərəkətlər edilməsi barədə məlumat verib.
Daxil olan müraciətlə bağlı İstintaq Bölməsində cinayət işi açılıb, tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin olunub. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.