Sabirabadda özünü asan 26 yaşlı kişi AXCP üzvü olub - TƏFƏRRÜAT
30 iyun 2024 12:30 (UTC +04:00)

Sabirabadda özünü asan 26 yaşlı kişi AXCP üzvü olub - TƏFƏRRÜAT

Sabirabadda dünən baş verən intihar hadisəsinin təfərrüatları məlum olub.

Lent.az-ın məlumatına görə, rayon sakini 26 yaşlı Adil Babayevin saxta sənədlər əsasında hərbi xidmətdən yayınması ilə bağlı təkrar tibbi müayinələrdən keçirilib və onun sağlam, hərbi xidmətə yararlı olması müəyyən edilib.

Adil Babayev

Daha sonra xidmətdən yayınmağa çalışan A.Babayev bir neçə dəfə intihara cəhd edib, qarşısını ailə üzvləri alıb.

Dünən axşam saatlarında isə A.Babayev iştirak etdiyi toy məclisindən çıxdıqdan sonra iyulun 10-da hərbi xidmətə çağırış tarixində xidmətə getməyəcəyini bildirərək yaşadığı evin həyətində özünü asaraq intihar edib.

Qeyd edək ki, Adil Babayev AXCP üzvü olub.

 

***

29 iyun  Saat 21:54

 

Sabirabadda 26 yaşlı kişi intihar edib.

Lent.az-ın məlumatına görə, hadisə rayonun Axısqa kəndində qeydə alınıb. Həmin kəndin Babayev Adil Fariz oğli özünü çardaqda asıb.

Onun hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3354
avatar

Oxşar yazılar