Sabir Rüstəmxanlı
10 fevral 2023 11:53 (UTC +04:00)

Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlının oğlu "Hacı Mazan"ı məhkəməyə verdi

Xalq şairi, deputat Sabir Rüstəmxanlının oğlu Gündüz Rüstəmxanlı “Hacı Mazan” kimi tanınan Ramazan Hüseyn oğlu Zeynalovu məhkəməyə verib.

Lent.az-ın məlumatına görə, əvvəlcə G. Rüstəmxanlı Nəsimi rayon Məhkəməsində iddia qaldırıb. İddiaya əsasən, o, yaşadığı çoxmənzilli binada liftdən istifadəyə qoyulan maneənin aradan qaldırılmasını tələb edib. Rayon məhkəməsi onun bu tələbini təmin edib.

Ancaq iddiaçının tələbinin təmin olunması qarşı tərəfin xoşuna gəlməyib. Buna görə, R. Zeynalov da öz növbəsində apellyasiya şikayəti verib.

“Hacı Mazan”ın iddiasına Bakı Apellyasiya Məhkəməsində hakim Namiq Cəfərovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, sözügedən lift məsələsi barədə əvvəllər də mətbuatda məlumatlar yayılıb. Söhbət Nəsimi rayonu Şövqiyar Abdullayev küçəsində yerləşən "İnam MTK"dan gedir. Mətbuatda yayılan məlumatlara görə, həmin binanın tikintisini həyata keçirən və orada yaşayan R. Zeynalov öz blokundakı liftə kod qoyub. Məqsəd isə həmin liftdən yalnız ailəsinin istifadə etməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3147
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46