Saatlıda qatar maşını vurdu, sürücü öldü - FOTO
11 fevral 2023 18:20 (UTC +04:00)

Saatlıda qatar maşını vurdu, sürücü öldü - FOTO

Saatlıda qatar avtomobili vurub.

Lent.az APA-ya istinadla bildirir ki, Saatlıda Hacıqasımlı-Kamalı yolu ilə dəmir yolu xəttinin kəsişdiyi keçiddə qatar "VAZ-2106" markalı avtomobili vurub. Sürücü Sabirabad rayon sakini, 56 yaşlı Hüseynov Qəsəm Gülhüseyn oğlu qəza zamanı ölüb.

Faktla bağlı xətt polisi tərəfindən araşdırma aparılır.

Azərbaycan Dəmir Yolları QSC-dən  verilən xəbərə görə, bu gün saat 09:45-də ADY-yə məxsus teplovoz Saatlı-Becar mənzilində hərəkətdə olarkən Sabirabad rayon sakini 1967-ci il təvəllüdlü Qəşəm Gülhüseyn oğlu Hüseynov idarə etdiyi 90-BE-797 dövlət nömrə nişanlı “VAZ 0126” markalı avtomobillə dəmiryol keçidini keçməyə cəhd edib.

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da toqquşma qaçılmaz olub. Hadisə nəticəsində sürücü xəsarət alıb və təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən vəfat edib.

Hazırda ADY-nin aidiyyəti əməkdaşları müvafiq hüquq mühafizə orqanları ilə birgə hadisə yerindədir.

Hadisə aidiyyəti üzrə araşdırılır.

“Nəqliyyat vasitələrinin sürücülərinə bir daha çağırış edərək bildiririk ki, Azərbaycan Respublikası “Yol hərəkəti haqqında” qanunun 44-cü bəndinə əsasən, sürücülər dəmiryol keçidlərinə yaxınlaşarkən xəbərdarlıq nişanlarına riayət etməli, keçidə 10 m qalmış avtomobili saxlamalı, qatarın yaxınlaşmadığına əmin olmalı, yalnız bundan sonra hərəkət etməlidirlər. Nəzərinizə çatdıraq ki, qanunun tələblərinə riayət etməyərək, dəmiryol keçidlərinə qəfil keçmə hallarında maşinist tərəfindən səs siqnalları verilərək tormozlanma aparılsa da, bu kimi hallar qaçılmaz olur”, - qurumun yaydığı məlumatda qeyd olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 147006
avatar

Oxşar yazılar