Rüşvət alan polis müstəntiqinə cinayət işi açıldı
13 sentyabr 2024 17:49 (UTC +04:00)

Rüşvət alan polis müstəntiqinə cinayət işi açıldı

Rusiyanın Krasnoyarsk vilayətində 1 milyon rubl (təxminən 19 min 100 manat) məbləğində rüşvət almaqda şübhəli bilinən polis əməkdaşına qarşı cinayət işi açılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, korrupsiya cinayətini FSB-nin yerli idarəsi aşkar edib.

Məlumata görə, aprel ayında Daxili İşlər Nazirliyinin cinayət axtarış idarəsinin müstəntiqi vəzifəsində çalışan polis əməkdaşı Krasnoyarsk sakininin iştirakı olmadan hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işinin başlanmasına köməklik göstərəcəyini vəd edərək tanışından pul alıb.

Polis saxlanılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Oxşar yazılar