
Rusiyalı ekspert Aleksandr Sıtin
Rusiyalı ekspert erməni təxribatının məqsədini açıqladı
"Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına daxil etmək üçüm hər cür təxribata əl atacaq".
APA- nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu tanınmış rusiyalı siyasi ekspert, tarix elmləri doktoru Aleksandr Sıtin bildirib.
O, Dağlıq Qarabağda atəşkəsin pozulması ilə bağlı Azərbaycanın rəsmi möveyi ilə tamamilə razı olduğunu və dəstəklədiyini bildirib: "Əvvəlcədən demişdim və yazışdım ki, Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına cəlb etmək üçün hər cür təxribata gedəcək. Deyirlər ki, ermənilər azərbaycanlıların onlara nə edəcəyindən qorxduqları üçün Qarabağdan qaçırlar. Cavab verirəm ki, erməni xalqı belədir, onlar hər zaman nədənsə qorxurlar. Necə ki, 1915-ci ildə qorxmağa başladılar, bütün 100 il ərzində də elə qorxurlar. Soruşurlar ki, xalqların öz müqəddəratını təyin etməsi hüququnu inkar edirsiz? Cavab verirəm ki, inkar edirəm. Soruşurlar ki, onda Dnestryanı, Donbass, Krım kimindir? Cavab verirəm Dnestryanı Moldovanın, Donbass Ukraynanındır. Krımnan bağlı mövqeyim isə onun birləşməsi vaxtından məlumdur. Indi bu mövqeni dilə gətirməyəcəyəm, çünki buna görə cinayət məsuliyyəti nəzərdə tutulub. Sual özü təxribatçıdır".

Oxşar yazılar

Görünməmiş ailə dəhşəti: arvadının və körpə qızının üstünə qaynar su tökdü
19 yanvar 2021 , 10:13
Goranboyda yol polisinə müqavimət göstərilib
19 yanvar 2021 , 09:55
Bakıda "Mercedes" yandı
19 yanvar 2021 , 09:06Mübahisə davaya çevrildi: kənd sakini xəstəxanalıq oldu
19 yanvar 2021 , 05:15Kənd sakini əkin sahəsində ağır xəsarətlər aldı
19 yanvar 2021 , 03:07
Bakıda taksidə olan sərnişin ağır xəsarət aldı - FOTO
19 yanvar 2021 , 02:24Azərbaycanda nadir təbiət hadisəsi: sakinlər qazsız, işıqsız qaldı
19 yanvar 2021 , 00:18
Sərxoş şəhər sakini QOLUNU DOĞRADI
18 yanvar 2021 , 21:11