Rusiyadan Azərbaycana araq gətirən iş adamı axtarışa verilib.
Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Məmmədəliyev Həsən Lətif oğlu -Cinayət Məcəlləsinin 178.3.2 - ci (dələduzluq) maddəsi ilə təqsirli bilinir.
H.Məmmədəliyev Rusiyadan Azərbaycana spirtli içkilərin gətirilməsi ilə məşğul olub. Gətirdiyi məhsulları şadlıq evlərinə paylayan H.Məmmədəliyevin restoran sahiblərinə qarşı dələduzluq etdiyi iddia olunur.