Rusiyada terrorda şübhəli bilinən 2 nəfər saxlanıldı
23 mart 2024 10:24 (UTC +04:00)

Rusiyada terrorda şübhəli bilinən 2 nəfər saxlanıldı

Rusiyada terror aktında şübhəli bilinən 2 nəfər saxlanılıb.

Lent.az “Baza” teleqram kanalına istinadla xəbər verir ki, şübhəlilərin olduğu ehtimal edilən avtomobillərdən biri Bryansk vilayətində saxlanılıb.

Avtomobildə olanlardan dörd nəfər qaçıb, iki nəfər isə saxlanılıb. Hazırda araşdırma aparılır.

Terrorçuların kimliyi ilə bağlı hələ də rəsmi açıqlama verilməyib. “Baza” teleqram kanalı şübhəlilərin adlarını və fotoşəkillərini dərc edib.

Onlar 20 yaşlı Faizov Rivojidin, 52 yaşlı İsmayılov Rivojidin, 20 yaşlı Faizov Məhəmməd-Sabir, 38 yaşlı Nəsramayılov Məhəmmədrəsul, 22 yaşlı Safolzoda Şoxincon və 29 yaşlı Rüstəm Nəzərovdur.

Adı çəkilənlərin hamısı Tacikistan vətəndaşlarıdır.

# 2565
avatar

Oxşar yazılar