Rusiya universitetinə hücum edən  tələbə   öldü:  6 nəfər ölüb   - VİDEO  - YENİLƏNİB
20 sentyabr 2021 14:05 (UTC +04:00)

Rusiya universitetinə hücum edən tələbə öldü: 6 nəfər ölüb - VİDEO - YENİLƏNİB

Perm Dövlət Universitetinə silahlı hücum edən 18 yaşlı gənc əməliyyat zamanı xəstəxanada dünyasını dəyişib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib. 

***

Perm Dövlət Universitetinə silahlı hücum edən 18 yaşlı Timur Bekmansurov sağdır və reanimasiyadadır. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə İstintaq Komitəsi məlumat yayıb.

Bekmansurovun vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir. Onun sinəsində və əzalarında güllə yarası var. Hazırda huşsuz vəziyyətdədir və süni nəfəs aparatına qoşulub. 

Daha əvvəl gəncin həbs zamanı yaralandığı və öldüyü bildirilmişdi. 

Qeyd edək ki, hücum nəticəsidə 6 nəfər ölüb, 18 nəfər yaralanıb.

***

Perm Dövlət Universitetinə edilən hücumun qurbanlarından biri də universitetin mühafizəçisidir. 

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə,  mühafizəçilərdən biri universitetin girişində təcavüzkarı saxlamağa çalışsa da, güllələnib. 

Hücum edənin kimliyi də məlumdur. Onun 18 yaşlı tələbə Timur Bekmansurov olduğu bildirilir.

Qeyd edək ki, o, universitet binasına daxil olmazdan əvvəl küçədəki insanlara da atəş açıb. 

***

12:06

Perm Dövlət Universitetinə silahlı hücum nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Lent.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

***

12:03

Perm Dövlət Universitetinə silahlı hücum edən gənc həbs zamanı yaralanıb və ölüb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə "112" Telegram kanalı məlumat yayıb.

Rusiya İstintaq Komitəsi şübhəlinin silahlı müqavimət göstərdiyini və yaralandığını təsdiqləyib.

Həkimlər 18 yaşlı şübhəlini nəfəs aparatına bağlayaraq xəstəxanaya çatdırsalar da, o, yolda dünyasını dəyişib.

***

11:52

Rusiyanın Səhiyyə Nazirliyi Perm Dövlət Milli Araşdırma Universitetində baş verən atışma nəticəsində 5 nəfərin öldüyünü bildirib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, 14 nəfərin də yaralandığı məlum olub.

**

11:38

Perm Dövlət Universitetində atışmanın 18 yaşındakı bir gənc tərəfindən təşkil edildiyi iddia edilir, universitetə hücumdan əvvəl sosial şəbəkədə bir mesaj paylaşıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Mesajda şübhəli, ekstremist olmadığını və cinayətinin terror hücumu olmadığını qeyd edir. Onun sözlərinə görə, gənc, uzun müddət odlu silah almaq üçün pul toplayaraq hücuma hazırlaşıb. 2021-ci ilin yazında artıq bu məbləğə sahib olub.

Şübhəli silah icazəsi almaq üçün tibbi müayinədən keçib. Təhsil aldığı keçmiş məktəbinə silahlı hücum təşkil etməyi planlaşdırıb, amma sonra fikrini dəyişib və Perm Dövlət Universitetini seçib.

***

11:27

Perm universitetindəki atışma zamanı 4 nəfərin yaralandığı bildirilir.  

***

Perm universitetində tələbələri güllələyən zərərsizləşdirilib.

Bu barədə məlumatlı mənbəyə istinadən RBC məlumat yayıb.

***

11:20

Perm Dövlət Universitetində bu dəqiqələrdə atışma səsi eşidilir, tələbələr özlərini pəncərədən atırlar.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, atəş açan 8 -ci korpusda özünə barrikada qurub. Universitet binasının içərisində fasiləsiz atəş açılır. 

İlkin məlumata görə, iki nəfər yaralanıb. 

Digər məlumatda bildirilir ki, naməlum şəxs bu hün səhər universitetə gələrək tələbələrə və müəllimlərə atəş açıb. Hətta ölənlərin və yaralanların olduğu da bildirilir. 
 

# 10752
avatar

Oxşar yazılar