Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak olub.
Lent.az APA-ya istinadla bildirir ki, Rusiya tərəfindən döyüşlərdə iştirak edən Goranboy rayonunun Səfikürd kəndində anadan olmuş, Rusiya vətəndaşı 55 yaşlı Səfail Babayev bugünlərdə döyüşlərdə öldürülüb.
Mərhumun bu gün Səfikürd kənd qəbiristanlığında dəfn olunması nəzərdə tutulub.