Azərbaycan üçün çıxış etməyə qərar verən rusiyalı fiqurlu konkisürən Veronika Jilina Rusiya Buzüstü Xizək İdmanı Federasiyasına təqribən bir milyon rubl (təxminən 21 min 283 manat) məbləğində ödəniş edib.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, bu məbləğ onun hazırlığına görə verilmiş kompensasiya kimi qiymətləndirilir.
Rusiya Buzüstü Xizək İdmanı Federasiyası Jilinanın Azərbaycan yığmasına keçidini təsdiqləməkdən imtina edib. O, artıq uğurlar qazanıb – Rusiyada yeniyetmələr arasında keçirilən Qran-pri finalının qalibi olub. Nəticədə idmançı hazırlıq xərclərini özü ödəyib.