Bakının Suraxanı rayonu ərazisində yerləşən marketlərin birində soyğunçuluq hadisəsi olub.
Lent.az xəbər verir ki, naməlum şəxs marketin əməkdaşını kəsici alətlə hədələyərək 750 manatını talayıb.
Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 23 yaşlı Ş.Dövlətov saxlanılıb.
Araşdırma aparılır.