Azərbaycan konsulunun yanında söyüş söyən HƏBS EDİLDİ
22 may 2025 09:46 (UTC +04:00)

Azərbaycan konsulunun yanında söyüş söyən HƏBS EDİLDİ

Rusiyanın Sankt-Peterburq şəhərinin Petroqradski Rayon nalayiq sözlər işlədən şəxsi iki sutkalıq həbs edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə axşam saatlarında Bolşaya Zelenina küçəsində baş verib. 38 saylı evdə olarkən həmin şəxs kobud, nalayiq ifadələr işlədib. Azərbaycanın konsulu Rəhim Rəhimzadə bunu görüb və ona irad bildirib.

Lakin xuliqanlıq edən şəxs qonşu dövlətin rəsmi nümayəndəsinin sözlərinə heç bir əhəmiyyət verməyib, bununla da “ictimai asayişi və vətəndaşların dincliyini nümayişkaranə şəkildə pozub”.

Məhkəmə həmin şəxsi xırda xuliqanlıqda ittiham edib. Cinayətkar günahını etiraf edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 464

Oxşar yazılar