Rüfət Səfərovun həbsinin DETALLARI:  İşin içində Eldar Sabiroğlu da var...
04 dekabr 2024 22:11 (UTC +04:00)

Rüfət Səfərovun həbsinin DETALLARI: İşin içində Eldar Sabiroğlu da var...

Rüfət Səfərovun həbsinin detalları məlum olub.

Lent.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, torpaq alqı-satqısı ilə bağlı R.Səfərovla bir nəfər arasında münaqişə olub. Belə ki, bir müddət öncə Rüfət Səfərov özlərinə məxsus torpaq sahəsini ailəsindən xəbərsiz bir nəfərə satıb və pulunu tam şəkildə alıb. 

Bundan sonra atası Eldar Sabiroğlu ilə onun arasında mübahisə başlayıb. Buna səbəb R.Səfərovun torpağın satılmasından əldə edilən gəlirdən atasına verməməsi olub. Bu səbəbdən tərəflərin münaqişəsi daha da böyüyüb. Bu münaqişədə Rüfət Səfərovun xalası qızının da iştirak etdiyi bildirilir.

İddiaya görə, çıxılmaz vəziyyətdə qalan E.Sabiroğlu buna cavab olaraq torpağı almış şəxsi həmin əraziyə buraxmayıb, tikinti aparmasına imkan verməyib. Nəticədə həmin şəxs bir neçə dəfə Rüfət Səfərovdan torpağı və ya heç olmasa pulunu tələb etsə də, imtina cavabı alıb. Sonuncu belə söhbət zamanı aralarında ciddi münaqişə baş verib.

Hadisə ilə bağlı istintaq tədbirləri davam etdirilir.

***

Saat 19:19

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə daxil olan vəsatətə baxılıb.

Lent.az xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılıb.

Məhkəmə vəsatəti təmin edib. Qərara əsasən, Rüfət Səfərov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

***

17:36

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən məhkəməyə vəsatət daxil olub.

Lent.az xəbər verir ki, təqdimata bu gün Binəqədi rayon Məhkəməsində baxılacaq.

Hazırda məhkəmə keçirilir.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb.

Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2268
avatar

Oxşar yazılar