Xarici ölkələrə viza düzəltmək adıyla vətəndaşlara qarşı çoxsaylı dələduzluq əməllərində şübhəli bilinən Rüfət Piriyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat yayıb.
Onun sözlərinə görə, qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.