Rövşən Əsgərovun adı terrorçuların  siyahısına salındı
22 yanvar 2025 16:57 (UTC +04:00)

Rövşən Əsgərovun adı terrorçuların siyahısına salındı

"Nə? Harada? Nə vaxt?" intellektual yarışmasının oyunçusu Rövşən Əsgərovun adı Rusiyada ekstremist və terrorçuların siyahısına salınıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rosfinmonitorinq məlumat yayıb.

Qeyd edək ki, R. Əsgərov 2022-ci ilin dekabrında Rusiyada xarici agent kimi tanınıb. O, artıq üç dəfə xarici agentlərlə bağlı qaydaları pozduğuna görə cərimələnib. Ona qarşı nasizmin reabilitasiyası ilə bağlı cinayət işi də istintaq olunur.

İstintaq müəyyən edib ki, o, öz “Facebook” səhifəsində marşal Georgi Jukovun xatirəsini təhqir edən və onu gözdən salan qəsdən yalan məlumatlar dərc edib.

Rusiya tərəfi Rövşən Əsgərovu federal axtarışa da verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1044
avatar

Oxşar yazılar