Tanışını qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının azyaşlı oğlunun adına saxta sosial şəbəkə hesabı açılaraq meyxanaçıya dəstək adı ilə pul yığılır.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu barədə meyxanaçının və oğlu Yusifin sosial media hesablarında məlumat paylaşılıb.
Paylaşımda saxta hesabın Rəşad Dağlının oğlu ilə əlaqəsi olmadığı, dələduzluq məqsədilə yaradıldığı bildirilib.
Məsələ ilə bağlı Rəşad Dağılının vəkili də açıqlama yayıb. Vəkil yardım adı ilə yığılan pulların meyxanaçının ailəsi ilə əlaqəsi olmadığını deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələdən məlumatlıdırlar. Hazırda araşdırma aparılır.