Meyxanaçı Rəşad Dağlı sonuncu dəfə dünən axşam sənət dostları ilə bir araya gəlib.
Lent.az xəbər verir ki, o, bu barədə “Instagram” hesabında gecə paylaşım edib.
Məclis Bakıda "Monte Carlo" şadlıq sarayında baş tutub. "Zəfər Günü" münasibətilə təşkil olunan yığıncaqda digər meyxanaçılar Cahangeşt Ələkbərli, Pünhan Əzim, Ruslan Müşfiqabadlı da iştirak ediblər
Xatırladaq ki, meyxanaçı Rəşad Dağlı bu gün səhər saatlarında Lökbatanda qonşusu, 43 yaşlı İsgəndər Mehdiyevi öldürüb.