Samuxda karantin qaydalarını pozanlar məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Ağasıbəyli, Lək, Qaradağlı, Poylu, Kolayır, Tatlı və Burunqovaq kəndlərində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.
Araşdırmalar zamanı məlum olub ki, hər 7 ünvanda ev sahibləri 150 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.
Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərtib edib.