Astarada ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Astara rayonu ərazisindəki evlərin birindən 6000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş İ.Cəfərli saxlanılıb.