Rayonda  DƏHŞƏT:   İki yeniyetmə qız  İNTİHAR   etdi -  YENİLƏNİB
06 sentyabr 2021 18:42 (UTC +04:00)

Rayonda DƏHŞƏT: İki yeniyetmə qız İNTİHAR etdi - YENİLƏNİB

Sentyabrın 6-da saat 13 radələrində Ağdaş şəhər sakinləri 15 yaşlı Arifə Niftəliyeva və 13 yaşlı Fatimə Usubovanın şəhərin İstiqlal küçəsindən keçən Ləki kanalından meyitlərinin aşkar edilməsi barədə Ağdaş rayon Prokurorluğuna məlumat daxil olub.

Lent.az-a bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.

***

16:45

Ağdaşda iki yeniyetmə qız kanalda boğulub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 6-da Ağdaş rayonu ərazisindən keçən suvarma kanalında boğulan 15 yaşlı Niftəliyeva Arifə Ceyhun qızı və 13 yaşlı Usubova Fatimə Ədalət qızının axtarışlarının aparılması üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Həyata keçirilən axtarış tədbirləri nəticəsində A.Niftəliyeva və Ə.Usubovanın meyitləri tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

# 5400
avatar

Mehman Nəbiyev

Oxşar yazılar