Daşkəsəndə bıçaqlanma olub.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xoşbulaq kəndində qeydə alınıb. Göygöl rayonunun Qızılca kənd sakini 58 yaşlı Xalədin İbrahimov 3 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.
Məlumata görə, X.İbrahimov özü-özünə xəsarət yetirib. Hadisənin baş vermə səbəbləri araşdırılır.