Rayon icra hakimiyyətinin əməkdaşı qəzada xəsarət aldı
27 noyabr 2021 23:52 (UTC +04:00)

Rayon icra hakimiyyətinin əməkdaşı qəzada xəsarət aldı

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə hadisə rayonun Veyisli kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarə etməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 1988-ci il təvəllüdlü Murov Həsənov və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin  kafi olduğu bildirilir. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan  Murov Həsənovun getdiyi avtomobil taksi olub. 

Qeyd edək ki Murov Həsənov Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi  və  humanitar məsələlər şöbəsinin müdiri müavinidir. Faktla bağlı araşdırma aparılır.
 

# 1887
avatar

Oxşar yazılar