Ramin Hacılı
12 iyul 2021 12:47 (UTC +04:00)

Ramin Hacılı

Ramin Hacılı ilə birgə həbs olunanların adları AÇIQLANDI

Azərbaycan ərazisini tərk edən vətəndaşların xarici ölkələrdə qanunsuz «siyasi sığınacaq» almalarının təşkil edilməsi faktları ilə əlaqədar Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Qurumdan Lent.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, “No Border Travel Agency” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Ramin Hacılı, «Gəncliyin Elmi-Mədəni İnkişafı» ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı, “HMH Baku Travel” MMC-nin rəhbəri Nərminə Dadaşova, Zakir Əmirov, Əziz Səfərəliyev, Akif Əsədov külli miqdarda qazanc əldə etmək məqsədi ilə ABŞ, Kanada və Avropa ölkələrinə səfər etmələri üçün Azərbaycan vətəndaşlarına viza alınması və səfər etdikləri ölkələrdə mühacir statusu alaraq yaşaya bilmələri üçün iş yerindən arayış, bank hesabından çıxarış, daşınar və daşınmaz əmlaka mülkiyyət hüququnu təsdiq edən sənədlər, hüquq mühafizə orqanlarına çağırış məktubu, guya xəsarət almalarına dair tibbi arayış və digər hüquq verən rəsmi sənədləri saxtalaşdırıb satmaqla, onlara müraciət etmiş şəxslərin qanunsuz miqrasiyalarını təşkil ediblər.

Qeyd edilənlərlə bağlı əvvəllər eyni xarakterli əməllərə görə dəfələrlə məhkum olunmuş Ramin Hacılı, eləcə də yuxarıda adları çəkilən digər şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində müvafiq olaraq həbs və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3064

Oxşar yazılar

Bakıda məktəbli qız itkin düşdü

Bakıda məktəbli qız itkin düşdü

20 may 2025 , 15:53
Bakıda kişini maşın vurub öldürdü

Bakıda kişini maşın vurub öldürdü

20 may 2025 , 15:52
Yol polisi 9 yaşlı  sürücünü QOVDU

Yol polisi 9 yaşlı sürücünü QOVDU

20 may 2025 , 15:24
"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR:  həbs olunanlar var - VİDEO

"Bandotdel"dən SİLSİLƏ ƏMƏLİYYATLAR: həbs olunanlar var - VİDEO

20 may 2025 , 14:47
Göyçayda gənc oğlanın meyiti tapıldı

Göyçayda gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 14:42
Ana bətnindəki körpəni  öldürüb meyiti gizlətdi - VİDEO

Ana bətnindəki körpəni öldürüb meyiti gizlətdi - VİDEO

20 may 2025 , 14:14
Şəmkirdə gənc oğlanın meyiti tapıldı

Şəmkirdə gənc oğlanın meyiti tapıldı

20 may 2025 , 13:46
Sumqayıtda zavodda PARTLAYIŞ:  5 yaralı - YENİLƏNİB

Sumqayıtda zavodda PARTLAYIŞ: 5 yaralı - YENİLƏNİB

20 may 2025 , 13:45