Quzunu xilas etmək üçün canından keçdi - YENİLƏNİB
12 may 2022 15:17 (UTC +04:00)

Quzunu xilas etmək üçün canından keçdi - YENİLƏNİB

Şabran sakininin kanalda batması ilə bağlı təfərrüatlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, 32 yaşlı Ağasalam İsayev Ağbaş kəndi ərazisində qoyun otarırmış. Qəflətən otardığı quzulardan biri kanala düşüb. A. İsayevdə quzunu xilas etməyə çalışıb. Lakin bu zaman bədbəxtlikdən o,da yıxılaraq kaanla düşüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

***
Saat: 15:10

Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1990-cı il təvəllüdlü İsayev Ağasalam Əjdər oğlunun axtarışları başa çatıb.

FHN-dən Lent.az-a verilən məlumata görə, A.İsayevin meyiti kanalın Siyəzən rayonu, Zarat kəndi ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 25 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

***

saat 14:23

Şabranda bir nəfər kanalda batıb.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Taxtakörpü-Ceyranbatan kanalının Şabran rayonu, Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 3582
avatar

Mehman Nəbiyev

Oxşar yazılar