Bakıda parkinq qiymətlərinin artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA
27 mart 2024 13:04 (UTC +04:00)

Bakıda parkinq qiymətlərinin artırılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin balansında olan yeraltı parklanma məntəqələrində ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. 

Bildirilib ki, AYNA-nın balansında olan yeraltı parklanma məntəqələrində yeni aylıq tariflərə əsasən qiymətlər bir gün üçün 1 manat 66 qəpik–4 manat 66 qəpik arasında dəyişir. Hətta ən yüksək aylıq tariflə bir saata görə ödəniş 20 qəpik təşkil edir.  

Qeyd edək, Hökumət evi, Qış parkı və Mərkəzi parkda yeraltı parklanma məntəqləri üzrə parklanma fəaliyyətindən daxilolmalar xərcləri tam qarşılamır.

Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur.  

Həm yaranan zərərin azaldılması, eləcə də əhaliyə göstərilən xidmət səviyyəsinin artırılması məqsədilə mövcud tariflərin dəyişdirilməsi məqsədəuyğun hesab edilib.

# 2031
avatar

Fidan İlqar

Oxşar yazılar