İspaniyanın Kanar adalarından biri olan Tenerifedə bələdiyyə küçədə göyərçin bəsləyən qadını 1500 avro cərimələyib.
Lent.az xarici mediaya istinadən məlumat verir ki, Tenerife bələdiyyəsi verdiyi yazılı açıqlamada ərazidə yaşayan bir qadının "küçədə bir dəfədən çox göyərçin bəsləyərək bələdiyyə qaydalarını pozduğu" səbəbiylə 1500 avro cərimə olunduğunu açıqlayıb.
Məlumata görə, açıqlamada ictimai yerlərdə heyvan saxlayan şəxslərə qarşı sanksiyaların xalqın sağlamlığında problem yarada biləcəyi üçün sanksiyaların davam etdiriləcəyi bildirilib və bələdiyyənin şəhər rəhbəri olaraq üzərinə düşən vəzifəni yerinə yetirdiyi vurğulanıb.
Tenerifedə heyvanların mühafizəsi və övladlığa götürülməsini tənzimləyən bələdiyyə qaydaları ictimai yerlərdə tapılan hər hansı bir heyvanın inzibati icazə olmadan qidalanmasını və ya yemlənməsini qadağan edir.