Özbəkistanda hüquq-mühafizə orqanlarının əməkdaşları Rusiya və ABŞ-ın tələbi ilə İnterpol xətti ilə axtarışda olan 43 yaşlı keçmiş “qanun oğru”Rafet Əmirovu saxlayıblar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Rusiyanın təhlükəsizlik qüvvələri Əmirovun 2010-cu ildə Moskvada törədilmiş bir adamın qətlində əli olmaqda şübhələnirlər. Onların ABŞ-dakı həmkarları onu iranlı müxalifətçinin qətlini təşkil etdiyinə görə axtarılır. Əmirova qarşı ifadəni yanvarın 4-də Çexiyada saxlanılan şəriki Polad Ömərov verib.
Rafetə 2014-cü ildə Azərbaycanın əsas “qanun oğru”su Nadir Səlifovun (Quli) təklifi ilə tac qoyulub. Amma Türkiyədə qətlə yetirildikdən sonra Əmirov Quli klanından olan yoldaşları tərəfindən taxtdan salınıb, döyülüb və oğru ailəsindən çıxarılıb.