Sentyabrın 10-u axşam saatlarında Quba rayonunun Alekseyevka kəndi ərazisində “Mersedes”, “Vaz-2107” və “Niva” markalı avtomobillərin iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Saat 21:57
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alakseyevka kəndi ərazisində qeydə alınıb.
Qəzada üç maşın toqquşub, hadisədən sonra avtomobillərdən biri alışıb.
İlkin məlumata görə, iki nəfər dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.