Quba rayonunda intihar hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Talabıqışlaq kəndində qeydə alınıb.
Kənd sakini 53 yaşlı Xudabaxış İsgəndərov yaşadığı evin həyətindən özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar edib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı Quba rayon prokurorluğu tərəfindən araşdırma aparılır.