Qubada AĞIR QƏZA:  ölən və yaralılar var
05 sentyabr 2023 09:35 (UTC +04:00)

Qubada AĞIR QƏZA: ölən və yaralılar var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Nügədi kəndi ərazisində qeydə alınıb. "Hyundai" markalı nəqliyyat vasitəsi idarəetmə itirərək körpüdən aşıb. Qəza nəticəsində maşında olan bir nəfər qadın dünyasını dəyişib, 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3786
avatar

Oxşar yazılar