Samuxda bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Kolayır kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü kənd sakini Raqif Balakişiyev bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Yaralı dərhal cərrahi əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, 21 yaşlı gənc qonşusu tərəfindən bıçaqlanıb.
Araşdırma zamanı məlum olub ki, Raqif Balakişiyevi həmkəndlisi , 1994 - cü il təvəllüdlü Pərviz Xəlilov bıçaqlayıb. O, Samux rayon polis şöbəsinin keçirdiyi əməliyyat zamanı saxlanılıb və ilkin dindirmədə qonşusuna bir bıçaq zərbəsi vurduğunu etiraf edib. Faktla bağlı araşdırma aparılır.