Qolf oynayan  sahibkarı   ildırım vurdu
16 mart 2023 18:28 (UTC +04:00)

Qolf oynayan sahibkarı ildırım vurdu

0

Avstraliyanın Kvinslend ştatının sakini qolf oynayarkən ildırım vurub və sağ qalıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, Brisben şəhərinin ətrafında yağışda qolf oynayan sahibkar Dirk Kotzeni ildırım vurub. Zərbənin təsirindən kişi yerə yıxılıb. Şahidlər hadisə yerinə təcili yardım çağırıb.

Həkimlər zərərçəkənə yerindəcə tibbi yardım göstərib, sonra xəstəxanaya aparılıb. Kişinin vəziyyəti kritik qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1780

Oxşar yazılar