Qızını amansızlıqla öldürən kürəkənini bağışladı
18 yanvar 2023 18:56 (UTC +04:00)

Qızını amansızlıqla öldürən kürəkənini bağışladı

0

Türkiyədə arvadını 12 bıçaq zərbəsi ilə öldürən Yakup Göksunun məhkəmə prosesi keçirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, proses Kocaeli Ağır Cinayətlər Məhkəməsində baş tutub. Prokuror müttəhimə ağır cəza verilməsini tələb edib.

Ancaq məhkəmədə ifadə verən mərhum Birgül Göksunun atası M. K kürəkənini bağışlayıb. O, sözlərinə belə davam edib: “İlk dəfə evdən qaçanda qızımın boşanmasını istəmədim. Boşanma iddiasından daşındı. Hadisə olan günü kürəkənim mənə zəng edib, “Nə edirsən, hardasan?” soruşdu və telefonu bağladı. Daha sonra qızıma zəng etsəm də, danışa bilmədim. Kürəkənimin paylaşdığı videonu gördüm. Ondan şikayətçi deyiləm”.

Qeyd edək ki, Yakup Göksunun iddiasına görə, arvadı onu başqa kişilərlə aldadıb. Buna görə kişi arvadını 12 bıçaq zərbəsi ilə öldürüb və polisə gedərək təslim olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2672

Oxşar yazılar