Bərdədə karantin qaydalarının pozulduğu restoran aşkar edilib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, yoxlamalar zamanı rayon ərazisində yerləşən “Qızıl Tac” şadlıq sarayında keçirilən toy mərasiminin “icazə.e-gov.az” portalında qeydiyyatdan keçmədiyi aşkarlanıb.
Aşkarlanmış qayda pozuntusu ilə əlaqədar restoranın inzibatçısı E.Sultanova İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə 4000 manat məbləğində protokol tərtib edilib.