Qırmızı işıqda keçən avtobus sürücüləri cəzalandırıldı
29 avqust 2024 16:48 (UTC +04:00)

Qırmızı işıqda keçən avtobus sürücüləri cəzalandırıldı

Abşeron rayonu ərazisində işıqforun qırmızı işığından keçən, sərnişinlərin həyatını təhlükəyə atan iki avtobus sürücüsü saxlanılıb.

Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

Qeyd olunub ki, "İsuzu” markalı avtobusun sürücüsü, sərnişindaşıma fəaliyyəti ilə məşğul olan Quliyev Kəmaləddin Yavər oğlu  və “İsuzu” markalı avtobusun sürücüsü sərnişindaşıma fəaliyyəti göstərən Rəcəbov Firdovsi Abgül oğlu sərnişin dolu avtobusla həm özlərinin həmdə digər hərəkət iştirakçılarının həyat və sağlamlığını təhlükə altına ataraq nizamlayıcının qırmızı işığından keçiblər. Bu səbəblə onlar DYP-nə dəvət olunaraq profilaktiki söhbətlər aparılıb və pozduqları qayda pozuntusu ilə bağlı hər iki sürücü barəsində qanuni tədbirlər görülüb.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilədə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciət edərək  onlara hərəkət zamanı qaydaları ciddi şəkildə riayət etməyə, özləri ilə yanaşı sərnişinlərində həyat və sağlamlığına cavabdeh olduqlarını unutmamağa çağırırıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1173
avatar

Oxşar yazılar