Qəza törədən maşından külli miqdarda narkotik çıxdı
20 sentyabr 2021 13:43 (UTC +04:00)

Qəza törədən maşından külli miqdarda narkotik çıxdı

Tovuzda avtomobildən külli miqdarda narkotik maddə aşkarlanıb.

Lent.az Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, Tovuz rayon Polis Şöbəsinin əməkdaşları sentyabrın 17-də saat 14 radələrində Hunanlar kəndi ərazisində kənd sakini, barəsində Cinayət Məcəlləsinin 234.1-ci və 237.2.3-cü maddələri ilə cinayət işi olan, əvvəllər məhkum olunmuş C.Əliyevin idarə etdiyi “VAZ-2108” markalı avtomobilə saxla işarəsi verib. Lakin sürücü hərəkəti davam etdirərək maneəyə vurub.

Avtomobilə baxış zamanı oradan 19,1 kiloqram marixuana aşkar edilərək götürülüb.

# 1584
avatar

Mehman Nəbiyev

Oxşar yazılar