Türkiyədə evə oğurluğa girən şəxs hər kəsi şoka salıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Mardin şəhəri Kızıltepe qəsəbəsində baş verib. Uzun müddətdir qarət etmək istədiyi evə yaxınlaşan oğru qapının açıldığını görüb. Qapını açanın ev sahibi olduğunu görən oğru təlaşdan tez içəri girib və ev sahibini çölə itələyərək qapını bağlayıb.
Hadisə yerinə gələn polislər xüsusi vasitə ilə qapını açaraq oğrunu tutub. Bu zaman ev sahibinin yaxınları onu döymək istəyiblər. Lakin polislər bunun qarşısını alıb və cinayətkarı bölməyə aparıb.