Saatlıda müştərilərə qəlyan təklif edən obyekt aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Saatlı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, obyektin sahibi F.Agayev barəsində isə qanunvericiliyə uyğun olaraq tədbir görülüb.