Qəlyan təklif edən ÇAY EVLƏRİ AŞKARLANDI
14 avqust 2021 13:42 (UTC +04:00)

Qəlyan təklif edən ÇAY EVLƏRİ AŞKARLANDI

İmişlidə karantin qaydalarına zidd fəaliyyət göstərən çay evləri aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı şəhər ərazisində fəaliyyət göstərən “Relax” və “Playstation club” çay evlərində xüsusi karantin rejiminə və sanitar-gigiyena qaydalarına zidd olaraq müştərilərə qəlyan xidməti göstərilməsi halları aşkarlanıb. Qaydaların pozulduğu obyektlərin sahibləri ilə profilaktik söhbətlər aparılıb və onlara karantin rejiminin qaydaları və tələbləri bir daha izah edilib.

Hər iki obyekt sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və onlar inzibati qaydada məsuliyyətə olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1659
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar