Qəbələdə ŞOK İNTİHAR:  heyvan kəsmək adı ilə özünü DOĞRADI - YENİLƏNİB
22 fevral 2024 14:56 (UTC +04:00)

Qəbələdə ŞOK İNTİHAR: heyvan kəsmək adı ilə özünü DOĞRADI - YENİLƏNİB

Qəbələdə baş verən intihar hadisəsi ilə bağlı təfərrüatlar üzə çıxıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, özünü öldürən Tural Abdurrəhmanov qəssab işləyib. Bildirilir ki, o, bu gün səhər evdən bıçaq götürərək ailəsi ilə vidalaşıb və dostunun həyətinə heyvan kəsməyə getdiyini deyib.

Lakin T. Abdurrəhmanov ağac emalı sexi ərazisində öz boğazını kəsərək, həyatına son qoyub.

Həmçinin məlumata əsasən, mərhum son illərdir spirtli içki aludəçisi olub və psixi pozuntulardan əziyyət çəkib.

Hazırda araşdırmalar davam edir.

***
Saat: 14:20

Qəbələ rayonunda intihar hadisəsi baş verib.

Lent.az-ın xəbərinə görə, hadisə rayonun Aydınqışlaq kəndində qeydə alınıb.

Kənd ərazisində yerləşən ağac emalı sexində boğazı kəsilmiş kişi meyiti tapılıb.

Araşdırmalar zamanı onun kənd sakini, 39 yaşlı Tural Abdurrəhmanov olması müəyyən edilib.

İlkin məlumata görə, T.Abdurrəhmanov boğazını kəsərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5640
avatar

Fidan İlqar

Oxşar yazılar