Qəbələdə bazarda baş verən yanğın söndürülüb -FOTO  -YENİLƏNİB
13 fevral 2022 20:22 (UTC +04:00)

Qəbələdə bazarda baş verən yanğın söndürülüb -FOTO -YENİLƏNİB

Qəbələnin Vəndam kəndində bazarda başlayan yanğının qarşısı alınıb.
Bu barədə Lent.az-a  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ müdaxiləsi nəticəsində qısa müddətdə alovun qarşısı alınıb.
Yanğın söndürülüb.

***

20.12

Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən bazarda yanğın başlayıb. 

Lent.az-ın APA-ya istinadla xəbərinə görə hazırda ticarət mərkəzindəki bir neçə mağazada baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Qəbələ Dövlət Yanğından Mühafizə Hissəsinin 4 yanğınsöndürən  maşını və canlı qüvvəsi cəlb olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Yanğın davam edir. Faktla bağlı araşdırma aparılır.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3043

Oxşar yazılar