Qəbələ sakinlərindən 10 tüfəng götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son bir ay ərzində tədbirlər keçirilib. Bu zaman rayon sakinlərindən ümumilikdə 10 ədəd ov tüfəngi aşkar edilib.
Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.